
Amerkanın Müdafiə Nazirliyinin (Pentaqon) Generalı Partrik Ryder yeni bir kiber proqram başlatdıqlarını açıqlayıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Patrik Qaynaqlar və Analiz Baş Direktoru Mark Qorakla birlikdə gerçəkləşdirdikləri ortaq mətbuat toplantısında 2023-2027-ci il dönəmlərini əhatə edən Kiber İşgücü Strategiyasını ictimaiyyətlə paylaşıb.
Qorak eyni proqramın “irəli səviyyədə təhsilli 225 min mülki, əsgəri və müqaviləli heyətdən yaradılan kiber işgücünün irəlilədilməsi və birlikdə idarəsi üçün yol xəritəsi təqdim etdiyini” bildirib.
Kiber təhlükəsizlik təməlini gücləndirmək üçün ən bacarıqlı işçiləri işə almaq, təşkilati mədəniyyəti irəlilətmək və işləmədə islahatlar etməyin gərəkli olduğunu vurğulayıb.
“Ölkəmizə yönəlik təhdidlər oyaqdır, hər hərəkətimizi izləyirlər. Yaxınlaşan kiber hücumlar yaxın bucağımızdadır”, – deyə Qorak açıqlayıb.
Pentaqon yetkilisi digital savaş sahəsinin hər zamankından daha önəmli olduğunu dilə gətirib.
Pentaqonun kiber təhlükəsizlik heyətinin 24%-nin boş olduğunu və iki ildə bunun yarısını qapatmağı hədəflədiklərini bildirib.
Müdafiə Nazirliyinin İdrak Şöbəsi Baş Cavabdehi Con Şerman Kiber İşgücü Strategiyasını Tətbqetmə Planını nazirliyin internet səhifəsindən yayımlayaraq bu cümləyə yer vermişdi:
“Yüksək bacarıqlı bir kiber işgücünə sahib olmaq millətimizi qlobal kiber təhdidlərə qarşı qorumaq üçün həyati önəm daşıyır”.
Tərcümə: Arzu