
Ədliyyə Nazirliyi daha bir partiyanın qeydiyyatından imtina edib.
Gununsesi.info bildirir ki, bu Razi Nurullayevin rəhbərlik etdiyi Milli Cəbhə Partiyasıdır.
Partiyadan verilən məlumata görə, nazirlikdən verilən imtina qərarında 5396 nəfər üzvün 845 nəfərinin məlumatlarının dəqiqləşdirilməsi tələb olunur:
“90 nəfər başqa partiyanın üzvü olduğu, 74 nəfərin öldüyü, 5 şəxsin 18 yaşına çatmadığı və 29 nəfərin məlumatlarının təkrarlandığı bildirilir.
210 nəfər MCP üzvü olmadığını deyib (bu məsələni araşdırarıq), 53 telefon nömrəsi 639 partiya üzvünə münasibətdə əlaqə vasitəsi kimi göstərilib (bu təbiidir, çünki, ailələr üzv olub, bir telefon göstəriblər, yaxud qadınlar öz telefon nömrələrini yox, yaxınlarının nömrəsini verirlər).
Siyahımızda ciddi problemlər yoxdur, deyilən çatışmazlıqları aradan qaldırıb yenidən təqdim edəcəyik”.
Şəbnəm
Gununsesi.info