İsraildə minə yaxın hərbçi hökümətə qarşı

İsraildə 830 hərbçi ölkədə kütləvi etirazlara və məhkəmə islahatlarına cavab olaraq istefa vermək qərarına gəlib.

Gununsesi.info xəbər verir ki, İsrail İctimai Yayım Korporasiyası (KAN) İsrail Hərbi Hava Qüvvələrinin təxminən 830 əsgərin, o cümlədən 260-dan çox pilotun postu tərk etdiyi bildirilib.

“İsrail Ordusu” radiosundan bildirilib ki, əsgərlərin istefası “ordunu təhlükə altına atır”.

“Əgər bizim güclü və bütöv ordumuz olmasa, seçim olaraq orduda xidmət etməmək olarsa, bu regionda ölkə kimi mövcud ola bilmərik”. 

Bu sözləri İsrail Baş Qərargah rəisi Herzi Halevi istefa vermək istəyən əsgərlərə yazdığı açıq məktubda deyib.

Bildirilir ki, hökumətin “Məhkəmə İslahatına” qarşı çıxan minlərlə israilli, o cümlədən qırıcı pilotlar, sualtı zabitlər və digər elit qoşunlar könüllü olaraq istefa vermək qərarına gəliblər.

Eyni zamanda İsraildə siyasət, ordu, təhlükəsizlik, iqtisadiyyat və məhkəmə sistemlərində yüksək vəzifə sahibləri də hökumətə qarşı çıxırlar.

Qeyd edək ki, Netanyahu hökumətinə qarşı etirazlar 7 aya yaxındır ki, davam edir.

 

 

Tərcümə

Şəbnəm

Gununsesi.info