Türkiyədən terror hücumuna qınama

  • By arzu
  • 31 İyul 2023 19:49

Türkiyənin Xarici İşlər Nazirliyi Pakistanı hədəf alan terror hücumunu qınayıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, nazirliyin açıqlamasında bu ölkənin Hayber Pahtunhva bölgəsindəki siyasi partiyanın toplantı binasını hədəf alan bombalı hücum pislənilib.

Açıqlamada bu cümlələrə yer verilib:

“Dost və qardaş Pakistanın şimal-qərbində gerçəkləşdirilən siyasi mitinq zamanı meydana gələn partlayışdaa çoxlu sayda can itkisini dərin üzüntü ilə öyrəndik. Bu terror əməlini ən güclü şəkildə qınayır, hücumda ölənlərə Allahdan rəhmət, yaxınlarına və Pakistan hökumətinə, xalqına başsağlığı veririk”.

Xatırladaq ki, ötən gün Pakistanda İslam Üləması Cəmiyyəti partiyasının toplantı binasını hədəf alan bombalı partlayış törədilmişdi. Olay zamanı çoxlu sayda insan həlak olmuşdu.

 

Tərcümə: Arzu

Gununsesi.info