Tanınmış jurnalist DYP-dən narazılıq edir

Hər səhər DYP işçiləri mərkəzi yolları belə bağlayır. Bakı ətrafı qəsəbələrdən əsas yollara daxil olmaq üçün bəzən 30-40 dəq vaxt tələb olunur. Bunu əsasən səhər saat 07:30-dan və axşam saat 16:30-dan sonra edirlər.

Qəsəbələrdən və ya 2-ci dərəcəli yollardan gələn maşınları əsas yollara partiya ilə buraxırlar. Maraqlıdır ki, onsuz da qrafiklə işləməyən ictimai nəqliyyatı da saxlayırlar. Sərnişinlər qaynar avtobus salonunda gözlədilir. Amma hava limanı yolu da daxil olmaqla, əsas yollarda sürəti 90 km/saat müəyyən ediblər.

Əgər şəhərin mərkəzi və iç küçələri bu sürətlə daxil olan avtomobil axınını qəbul edə bilmirsə, əyalət və ətrafda yaşayanları incitmək yox, əsas küçə və prospektlərdə sürət aşağı salınmalıdır.

Tıxac tələsinə düşmək üçün mərkəzə 90 km/saat sürətlə tələsiməyin nə adı var?

Bu arada eşitdim ki, tıxacda boğulan Ağa Nemətulla və Əhməd Rəcəbli küçələrində sürət 50 km/saata salınıb. Məntiq var?

Samir İsmayıl