İsrailli nazirlər Ali Məhkəmədəki islahat düzəlişlərinin ləğvinə etiraz edirlər

  • By arzu
  • 04 Avqust 2023 10:54

İsrailli nazirlər Ali Məhkəmədəki islahat düzəlişlərinin ləğvinə etiraz edirlər.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, nazirlər Baş naziri vəzifəsindən uzaqlaşdırmaq yetkisini Baş prokuror və Ali Məhkəmədən alaraq Parlament və hökumətə dövr edən qanunun ləğvi iddiasından narahatdırlar.

Onlar İsrail Ali Məhkəməsini tənqid ediblər. Müxaliflər isə “Demokratiya” vurğusu edərək qınaqlara qarşılıq veriblər.

Parlamentdə mart ayında səsverməyə çıxarılan eyni qanuna edilən etiraz müraciətləri bu gün Ali Məhkəmə tərəfindən məhkəmə baxışına alınıb.

Nazirlər bu addımı öz sosial media hesablarından tənqid ediblər.

İsrailin Nəqliyyat naziri Miri Reqev sosial mediadan etdiyi açıqlamasında bunları yazıb:

“Bu gün 3 hakimin İsraildə demokratiyanın mümkünsüzlüyünü elan edib-etməyəcəyini görəcəyik”.

Xalq Diplomatiyası Naziri Qalit Distel Atbaryan isə yazıb:

“Seçki qutularındakı aldığı səslərlə iş başına gəlməmiş kiçik bir qrup milyonlarla adamın seçki nəticələrini ləğvetmənin edib-etməyəcəyi sualını çəkişir”.

Əmlak Naziri Amihai Eliyahu isə eyni qanunun Ali Məhkəmədə çəkişilməsinin qüvvələr nisbətini (icraedici məhkəmə, qanunverici) pozduğunu, demokratiyaya zərər verdiyini və məhkəməni “uca idarəçi” statusuna çıxardığını vurğulayıb.

 

Tərcümə: Arzu

Gununsesi.info