Kanada alimləri Böyük Partlayış nəzəriyyəsinə meydan oxudular: Kainatın yaşı bu qədərmiş…

  • By arzu
  • 04 Avqust 2023 12:36

Kanada alimləri dünyaya səs salacaq yeni bir elmi nəzəriyyə ilə çıxış edilbər.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Böyük Partlayış Kanadanın elm adamları kainatın yaşının 26,7 milyard il olduğunu iddia edirlər. Onlar kainatın yaşı ilə bağlı geniş şəkildə qəbul edilən nəzəriyyənin yenilənməsinin gərəkli olduğunu bildirərək yeni hesablama ediblər.

Kanadanın Ottava Universitetindən olan mütəxəssislər yeni bir model kəşf ediblər.

Onlar Böyük Partlayışın 26,7 milyard il öncə gerçəkləşdiyini iddia edilər.

Bu isə kainatın 13,7 milyard il öncə yaranışı ilə bağlı təxminlərdən iki qat daha böyükdür.
Çalışmanın yazarlarından olan Professor Rajendra Qutpta bunları deyib:
“Yeni icad etdiyimiz model qalaktikanın yaranış müddətini milyardlarla il uzadaraq kainatdakı daha öncə təxmin edildiyi kimi, 13, 7 milyard deyil, 26 milyard il yaşına girir”.

Digər tərəfdən, elm adamları indiyədək uzaq qalaktikadan gələn işığın qırmızıya sürüşməsinə söykənərək ən qədim ulduzları analız edib və kainatın yaşını hesablayıblar. 2021-ci ildə bu modelə əsaslanaraq, kainatın yaşının 13, 797 milyard il olduğu hesablanıb.

Tərcümə: Arzu

Gununsesi.info