“Neftçi”nin stadionunun adı dəyişdirildi: “Beşiktaş”la da orada oynayacaqlar - FOTO/YENİLƏNDİ

“Neftçi”nin ev oyunlarını keçirdiyi “Bakcell Arena” stadionunun adı dəyişdirilib.

Bu barədə “ağ-qaralar”ın icraçı direktoru Fərrux Mahmudov özünün “Facebook” hesabında paylaşım edib.

O bildirib ki, arena artıq nə “Bakcell Arena”, nə də “8-ci km stadionu” adlanacaq. Stadionun yeni adı “Neftçi Arena” olacaq.

F.Mahmudov UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsində “Beşiktaş”la oyunun da həmin stadionda keçiriləcəyini bildirib. Bu addım azarkeşlərin istəyinə əsasən atılıb. Daha əvvəl “Neftçi”nin İstanbul klubunu Bakı Olimpiya Stadionunda qəbul etməsi planlaşdırılırdı.

13:55

UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində baş tutacaq “Neftçi” – “Beşiktaş” oyunu “8 km stadionu”nda keçiriləcək.

Gununsesi.info xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, qarşılaşma avqustun 10-da Bakı vaxtilə saat 20:00-da start götürəcək.

Tərəflər arasında cavab qarşılaşması isə avqustun 17-də olacaq. “Beşiktaş Park” arenada keçiriləcək görüşün start fiti saat 21:00-da veriləcək.

Gununsesi.info