
Danimarkanın Baş naziri Mette Frederiksen müsəlmanların müqəddəs “Quran” kitabına yönəlik hücumlarla bağlı açıqlama verib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Frederiksen “sürpriz” açıqlaması ilə “Quran”a hücumların qadağan edilməsinin ifadə azadlığını məhdudlaşdırmadığını bildirib.
Müqəddəs kitaba dair hücumlar haqqında ilk dəfə danışan Mette Frederiksen Danimarka hökumətinin ölkədəki dini və mədəni təməlli hücumlara qarşı önləmlər alacağını söyləyib.
Mette Frederiksen yeni bir qadağanın məhdudiyyət olmayacağını dilə gətirib.
“Ciddi bir təhlükəsizlik riski var. Bu, bizim ölkələrarası arenadan təcrid olunma riskimizi ortaya çıxarır. Bu durum ortaqlıqlar və ittifaqlar qurmaq üçün daha çox cəhdlər etdiyimiz bu dönəmdə xüsusi problem yaradır”, – deyə Baş nazir vurğulayıb.
Tərcümə: Arzu