İsrailin Müdafiə Naziri Qallanddan çağırış

  • By arzu
  • 22 İyul 2023 18:30

İsraildə xalq etirazlarından sonra siyasi gərginlik artmaqdadır.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu ölkənin Müdafiə Naziri Yoav Qalland Baş nazir Netanyahu başçılığındakı hökumətə məhkəmə islahatı ilə bağlı qanun təklifinin arlamentdə təsdiqləmə səsverməsinin ertələnməsinə çağırış edib.

Bu ölkənin “Kanal 12” televiziyasına açıqlama verən Qalland ölkəsində bir çox toplum təbəqələrinin etirazına səbəb olan çəkişməli məhkəmə islahatından danışıb.

Qalland İsraildəki durumun narahatlıq doğurduğunu söyləyib, hökuməti qanun təklifinin Parlamentdəki təsdiqləmə səsverməsini ertələməyə dəvət edib.

Qalland hökuməti həmin qanunun “yumşaldılmış” versiyasını qəbul etməklə dəyişdirməyə çağırıb.

 

Xatırladaq ki, İsrailin Ədliyyə Naziri Yavrin Levin 5 yanvarda açıqladığı “məhkəmə islahatı” ilə Ali Məhkəmənin yetkilərini məhdudlaşdırma və iqtidarın məhkəmə təyinatlarında söz sahibi olması kimi dəyişiklər yer alır.

 

Tərcümə: Arzu

Gununsesi.info