Polşa Belarus helikopterlərinin sərhədi pozduğunu deyir

Polşanın Müdafiə Nazirliyi bəyan edib ki, Belarusun iki helikopteri sərhədi pozaraq ölkənin hava məkanına daxil olub.

Gununsesi.info xəbər verir ki, Varşava bu insident barədə NATO-ya məlumat verilib:

“2023-cü il, avqustun 1-də Polşa hava məkanının sərhəd yaxınlığında hərbi təlim keçən iki Belarus helikopteri tərəfindən pozulması baş verib. Sərhəd keçilməsinin Beloveja rayonunda, aşağı yüksəklikdə baş verməsi bunun radiolokasiya sistemləri tərəfindən aşkarlanmasını çətinləşdirib”.

Polşanın müdafiə naziri Mariuş Blaşşak insidentdən dərhal sonra sərhəddəki Polşa qoşunlarının sayının artırılmasını əmr edib.

Sərhədə əlavə qüvvələr, o cümlədən hücum helikopterləri göndərilib.

 

Gununsesi.info