
Qırğızıstanın Xarici İşlər Nazirliyi İsveçdə müqəddəs “Quran” kitabına yönəlik hücum sərt şəkildə qınayıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu ölkənin XİN başçısı Ceenbek Kulubayev açıqlamasında belə mənfi hallara qarşı önləmlərin alınmasının gərəkli olduğunu söyləyib.
Qırğızıstanın Xarici İşlər Naziri Kulubayev İsveç XİN başçısı Tobias Billström ilə telefon danışığı zamanı çoxtərəfli işbirliyi mövzularını ələ alıb.
Siyasi təmasların davamı və ayrı-ayrı səviyyələrdə qarşılıqlı səfərlərin önəminə vurğu edilib.
Kulubayev İsveç yetkililərinin insanların dini duyğularına təsir edən “Quran” kitabına yönəlik hücumların və bu cür mənfi halların qarşısının alınmalı olduğunu dilə gətirib.