Zəngilanda Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

  • By ilhame
  • 25 İyun 2024 13:00

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu başa çatıb.

 

Gununsesi.info xəbər verir ki, iki gün davam edən tədbirdə Azərbaycanda fəaliyyət göstərən 200-ə yaxın qeyri-hökumət təşkilatının nümayəndəsi, media təmsilçiləri, ictimai xadimlər iştirak ediblər.

 

Tədbirdə “Azərbaycan QHT-ləri: nəticələr və hədəflər”, “Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadları”, “COP29 və Yaşıl Dünya Naminə Həmrəylik Hərəkatı” mövzularında panel müzakirələri keçirilib.

 

Sonda forum iştirakçıları Prezident İlham Əliyevə Azərbaycan QHT-lərinin Yaşıl Dünya Naminə Həmrəylik Müraciətini ünvanlayıblar.

 

Tədbirə bədii hissə ilə yekun vurulub.

Gununsesi.info