Bakıdan Moskvaya uçuşlar bərpa olundu

Rusiyanın Moskva şəhəri üzərində hava məkanında olan məhdudiyyətlər aradan qaldırıldığı üçün “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Bakı-Moskva-Bakı marşrutu üzrə uçuşları dünən axşamdan bərpa olunub.

Bu barədə Gununsesi.info-ya AZAL-ın Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, uçuşlar artıq cədvələ uyğun ştat rejimində həyata keçirilir.

Gununsesi.info