Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edilib

  • Müəllif: Orxan
  • 27 Noyabr 2026 14:12

Gürcüstandan daha 59 qanunsuz miqrant deportasiya edilib.

Gununsesi.info xəbər verir ki, ölkədən çıxarılanlar arasında Azərbaycan vətəndaşları da var.

Deportasiya edilən şəxslər Azərbaycan, Livan, Türkmənistan, Pakistan, Yəmən, Belarus, Özbəkistan, Rusiya, Kamerun, Hindistan, İordaniya, Çin və Türkiyə vətəndaşlarıdır.

Bildirilib ki, deportasiya olunan əcnəbilərin Gürcüstana girişinə 2 ildən 5 ilədək qadağa qoyulur.

Bu məhdudiyyət ölkəni könüllü şəkildə tərk edən şəxslərə şamil edilmir.

Gununsesi.info