Əhaliyə ödənilən sosial müavinətlərin məbləği açıqlandı

  • Müəllif: Firuzə
  • 27 Noyabr 2026 10:22

Bu ilin on ayında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə ödənilən vəsaitin məbləği açıqlanıb.

Bu barədə Gununesi.info-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2026-cı ilin yanvar-oktyabr ayları ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən 764 milyon manatdan və ya 9,55%-dən çox olmaqla 8,75 milyard manat vəsait ödənilib.

Gununesi.info