Emin Əmrullayev Cəbrayılda vətəndaşları qəbul edəcək

  • Müəllif: Firuzə
  • 27 Noyabr 2026 10:59

Elm və təhsil naziri Emin Əmrullayev dekabrın 14-də Cəbrayıl şəhərində vətəndaşları qəbul edəcək.

Nazirlikdən Gununesi.info-ya verilən məlumata görə, qəbulda Cəbrayıl, Qubadlı və Zəngilan sakinləri iştirak edə bilərlər.

Bildirilib ki, adları çəkilən şəhər və rayonların sakinləri 7 dekabr (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər: “Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.

Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir”.

Gununesi.info