İlham Əliyevin əfv etdiyi Fransa vətəndaşından xəbər var

  • Müəllif: Orxan
  • 27 Noyabr 2026 11:21

Fransaya casusluqda ittiham olunaraq Azərbaycanda 10 il müddətinə azadlıqdan məhrum edilən Fransa vətəndaşı Martin Ryan Ali Məhkəməyə verdiyi kassasiya şikayətini geri götürüb.

Gununsesi.info-nun məhkəmə hakimiyyəti orqanlarından əldə etdiyi məlumatda bildirilir ki, Martin Ryanın kassasiya şikayətinə bu yaxınlarda baxılması nəzərdə tutulurmuş.

Onun bu addımı atmasına səbəb kimi əfvlə azadlığa çıxması və aAzərbaycanı tərk etməsi göstərilir.

Qeyd edək ki, Fransa vətəndaşı Ryan Martin Riçard 2023-cü il dekabrın 4-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 276-cı maddəsi (casusluq) ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2026-cı il tarixli hökmü ilə Martin Ryan 10 il müddətinə azadlıqdan məhrum edilib.

Lakin Prezident İlham Əliyevin 23 sentyabr 2026-cı il tarixli əfv sərəncamı ilə Martin Ryan əfv olunub və cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

Xatırladaq ki, həmin cinayət işi üzrə Azərbaycan vətəndaşı Azad Məmmədli də dövlətə xəyanətdə ittiham olunaraq 12 il müddətinə azadlıqdan məhrum edilib.

Firuzə Mahmudova
Gununsesi.info