“Ekodünya” Ekoloji və Sosial Araşdırmalar İctimai Birliyi ətraf mühitin qorunması, ictimai maarifləndirmə və sosial araşdırmalar sahəsində yeni təşəbbüslərə başladığını elan edib.
Gununsesi.info xəbər verir ki, təşkilatın məqsədi aktual ekoloji və sosial məsələlərə cəmiyyətin diqqətini cəlb etmək, aydın faktlara əsaslanan müzakirələr yaratmaq və məlumatlılığı artırmaqdır.
Qurumdan bildirilib ki, yaxın mərhələdə müvafiq sahələr üzrə müşahidə, ictimai rəy və maarifləndirici materialların hazırlanması istiqamətində işlər aparılacaq. İctimai Birlik mütəxəssisləri, fəalları və medianı ictimai faydalı mövzuların işıqlandırılmasında əməkdaşlığa çağırır.












