Axtarışda olan 126 nəfər saxlanıldı

  • Müəllif: Firuzə
  • 27 Noyabr 2026 10:42

Noyabrın 26-da ölkə ərazisində qeydə alınan 57, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis tərəfindən təmin olunub.

Gununesi.info xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 126, o cümlədən borclu şəxs qismində axtarışda olan 98 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb.

Gununesi.info