Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə 6 qızıl medal qazanıblar

  • By ilhame
  • 12 İyul 2024 22:43

Bədii gimnastika üzrə “Ocaq Sport” klubunun üzvləri İtaliyada keçirilən Roma Kuboku beynəlxalq turnirində 6 qızıl medal qazanıblar.

 

Gununsesi.info xəbər verir ki, Mira Özel top və halqa, Fatimə Tarverdiyeva və Məryəm Baloğlanova isə top və gürzlər ilə hərəkətlərdə toplam 6 qızıl medala sahib çıxıblar.

 

Qeyd edək ki, yarış iyulun 14-dək davam edəcək.

Gununsesi.info