
ABŞ administrasiyası tərəfindən Qəzzaya “humanitar yardımın çatdırılması” vədi ilə qurulan və “əlverişsiz hava şəraiti” əsas gətirilərək sökülən üzən liman tamamilə yığışdırılacaq.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Ceyk Sullivan mətbuata verdiyi açıqlamasında bildirib ki, Qəzzaya yardım çatdırmaq üçün artıq ehtiyac qalmadığı üçün üzən limanın tamamilə çıxarılacaq.
Yekun qərarın ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) tərəfindən açıqlanacağını bildirən Sullivan, qısa zamanda körpü əməliyyatlarının tamamilə dayandıracaqlarını vurğulayıb: “Qəzzada problemin artıq yardım almaq deyil, yardımın insanlara təhlükəsiz şəkildə çatmasını təmin etməkdir. Hazırda bizi məşğul edən Qəzzaya xaricdən yardım çatdırmaq deyil, bu yardımı daxildə paylamaqdır. körpünün qalan vaxtı ilə əlaqədardır.”
Bildirilir ki, Pentaqonun mətbuat katibi general-mayor Patrik S. Rayder verdiyi açıqlamada körpünün yenidən bağlanması üçün edilən son cəhdin “texniki və hava şəraiti ilə bağlı problemlər” səbəbiylə uğursuzluqla nəticələndiyini, körpünün, dəstək gəmilərinin və digər avadanlıqların geri qayıdacağını bildirib.
Xatırladaq ki, martın 7-də ABŞ prezidenti Co Bayden Birliyin vəziyyəti ilə bağlı son çıxışında Qəzza xalqına humanitar yardımın çatdırılması üçün bölgəyə müvəqqəti liman göndəriləcəyini açıqlayıb.
Bu üsulla Bayden administrasiyası quru sərhədindən Qəzzaya humanitar yardımların girişini ləngidən İsrail rəhbərliyinin qoyduğu maneəni aşmağı hədəfləyib.
Bunun üzərinə Pentaqon ABŞ mühəndis qüvvələrinin istifadə etdiyi üzən dok sistemi olan JLOTS-u Qəzza sahillərinə göndərib.
İki aydan çox yerləşdirmədən sonra üzən dok ilk dəfə may ayının ortalarında fəaliyyətə başlayıb.
Mayın 25-də fırtına nəticəsində zədələnən liman İsraildə təmir edildikdən sonra Qəzza sahilində yenidən tikilib.
Qəzza sahillərində ABŞ-ın humanitar yardımı buraxdığı ərazi dolmaq həddinə çatarkən, dəniz yolu ilə gələn yardımın nə qədərinin Qəzzaya çatdığı barədə indiyə qədər heç bir məlumat verilməyib.
Bu vəziyyət qəzzalıların məyusluğuna çevrilən üzən liman layihəsinin nə dərəcədə faydalı olduğu müzakirə mövzusuna çevrilib.
Şəbnəm
Gununsesi.info