Məhbuslar üçün yeni qaydalar tətbiq edilir - Cəzalarının 40 faizini çəkənlər azadlığa çıxacaqlar

Böyük Britaniyada məhkumlar cəzalarının 40 faizini çəkdikdən sonra azadlığa çıxacaqlar.

Gununsesi.info xarici mediaya istinadla xəbər verir ki,  bu barədə ölkənin ədliyyə naziri Şabana Mahmud açıqlama verib.

Belə bir qaydanın tətbiqinin zəruri olmasını söyləyən Ş.Mahmud, indi hərəkətə keçməməyin ədalət sisteminin çökməsinə, asayişin tamamilə pozulması riskinin yaranmasına gətirib çxaracağını ifadə edib.

Hazırda İngiltərə və Uelsdə ən ciddi cinayətkarlardan başqa digər məhbuslar cəzalarının 50 faizini çəkdikdən sonra şərti azadlığa buraxılırlar.

Məlumata görə, bu qaydanın sentyabr ayından tətbiq ediləcəyi nəzərdə tutulur.

Proqram çərçivəsində erkən buraxılan məhbuslar elektron qolbaqlarla və komendant saatı kimi tədbirlərlə ciddi şəkildə izlənəcəklər.

Onlar şərtləri pozduqları təqdirdə həbsxanaya geri qaytarıla bilərlər.

 

 

 

Ceyhun

Gununsesi.info