Azərbaycan millisi Macarıstana böyük hesabla məğlub olub

  • By ilhame
  • 12 İyul 2024 21:58

Azərbaycanın qadın futbolçulardan ibarət millisi bu gün Avropa çempionatının seçmə mərhələsində doğma meydanda növbəti matçına çıxıb.

Gununsesi.info xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv B Liqasının I qrupunun V turunda, “Liv Bona Dea Arena”da Macarıstan yığması ilə üz-üzə gəlib.

Qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb – 5:0.

Azərbaycan millisinin 4 oyundan sonra 4 xalı var.

Qeyd edək ki, millimiz növbəti oyununu iyulun 16-da səfərdə İsveçrəyə qarşı keçirəcək.

Gununsesi.info