Azərbaycan badmintonçularının Paris-2024 Yay Olimpiya Oyunlarındakı rəqibləri bəlli olub

  • By ilhame
  • 12 İyul 2024 21:06

Azərbaycan badmintonçularından Edi Reski Dviçayo və Keişa Fatimə Zəhranın Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında şəxsi kateqoriyada qrup mərhələsindəki rəqibləri müəyyənləşib.

Azərbaycan Badminton Federasiyasından Gununsesi.info-ya verilən məlumata görə, kişilərin mübarzəsində Edi Reski Dviçayo E qrupunda Anders Antonsen (Danimarka) və Kollins Filimonla (Avstriya) qarşılaşacaq.

Qadınların yarışında isə Keişa Fatimə Zəhra N qrupunda He Bin Çzyao (Çin) və Kirsti Qilmorla (Böyük Britaniya) üz-üzə gələcək.

Qeyd edək ki, Paris-2024 iyulun 26-da start götürəcək.

Gununsesi.info