Almaniyanın yeni nazirlərinin adı açıqladı – Esken kənarda qaldı

Almaniyada Sosial Demokrat Partiyası (SPD) yeni hökumətdə yer alacaq nazirlərin adlarını açıqlayıb. Partiya sədri Lars Klingbeil maliyyə naziri olacaq və vitse-kansler vəzifəsini də icra edəcək.

Bu barədə Gununsesi.info   xarici mediaya istinadən xəbər verir.

Müdafiə naziri Boris Pistorius öz vəzifəsində qalacaq. Keçmiş Bundestaq sədri Bärbel Bas Əmək və Sosial Məsələlər naziri təyin olunub. Partiyanın həmsədri Saskia Esken isə yeni hökumət komandasına daxil edilməyib.

Yeni təyinatlara həmçinin aşağıdakı şəxslər daxildir:

  • Carsten Schneider – Ətraf Mühit Naziri
  • Verena Hubertz – Tikinti Naziri
  • Stefanie Hubig – Ədliyyə Naziri
  • Reem Alabali-Radovan – İnkişaf Naziri
  • Natalie Pawlik – Miqrasiya üzrə Dövlət Naziri

SPD baş katibi Matthias Miersch isə Bundestaq fraksiyasının yeni rəhbəri olacaq.

Qeyd edək ki, Koalisiya müqaviləsi bu gün günorta saatlarında CDU, CSU və SPD tərəfindən imzalanacaq. Axşam isə kansler Olaf Scholz Bundesver tərəfindən hərbi mərasimlə rəsmi şəkildə vəzifəsindən yola salınacaq.

 

 

Şəbnəm

Gununsesi.info