4 gün əvvəl maşınla vurulan 83 yaşlı kişi xəstəxanada öldü

  • By Günel
  • 27 Dekabr 2024 09:07

Avtomobilin vurduğu 83 yaşlı kişi üç gün sonra keçinib.

Gununsesi.info xəbər verir ki, Qubada 23 dekabrda 2002-ci il təvəllüdlü Musa Hüseynov idarə etdiyi “VAZ 21 07” markalı avtomobillə 1941-ci il təvəllüdlü Rafiq Məmmədovu vurub.

Piyada xəstəxanaya yerləşdirilsə də, dünən xəstəxanada vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb.

Gununsesi.info