
Dekabrın 24-də ABŞ-ın Havay ştatında eniş edən United Airlines-a məxsus sərnişin təyyarəsinin təkər quyusunda meyit tapılıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, tapılan cansız meyyitin şəxsiyyəti hələlik müəyyən edilməyib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Qeyd edək ki, keçən il Parisdə də Əlcəzair təyyarəsinin eniş şassisində bir nəfər sağ tapılmışdı.
2022-ci ilin yanvarında da Afrikadan Amsterdamdakı Schiphol Hava Limanına gələn Cargolux yük təyyarəsinin təkər hissəsində qaçan şəxs sağ olaraq aşkar edilmişdir.
Şəbnəm