Təyyarənin daha bir “qara qutu”su tapılıb

  • By Günel
  • 26 Dekabr 2024 20:23

“Azərbaycan Hava Yollarının Qazaxıstanda qəzaya uğrayan təyyarəsinə aid daha bir “qara qutu” tapılıb”.

Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə Manqistau vilayətinin nəqliyyat prokuroru Abılaybek Ordabayev deyib.

O həmçinin əlavə edib ki, zərərçəkənlərin və havalimanının yerüstü xidmətlərinin əməkdaşlarının izahatları alınıb: “Dispetçerlərlə ekipaj arasındakı danışıqların səs yazıları götürülüb. Hazırda bütün şahidlərin əhatə dairəsi müəyyənləşdirilir. Eyni zamanda 4 min kv.km. ərazinin müayinə prosesi başa çatmaq üzrədir. Ərazinin mühafizəsi polis əməkdaşları tərəfindən təmin edilir”.

Gununsesi.info