Təl-Əviv və Moskva arasında uçuşlar ləğv edildi

  • By Günel
  • 26 Dekabr 2024 22:28

İsrailin milli aviadaşıyıcısı “El Al” Rusiyaya uçuşları dayandırıb

Gununsesi.info xəbər verir ki, bu barədə İsrailin 9-cu kanalı məlumat yayıb.

Bildirilib ki, gələn həftə ərzində Təl-Əviv və Moskva arasında uçuşlar yerinə yetirilməyəcək.

“Gələn həftə vəziyyət yenidən qiymətləndiriləcək, bundan sonra uçuşların bərpası ilə bağlı qərar veriləcək”, – deyə şirkətin mətbuat xidməti bildirib.

Gununsesi.info