Onları AZAL prezidenti qarşıladı - VİDEO

  • By Günel
  • 27 Dekabr 2024 08:50

Aktauda qəzaya uğrayan AZAL-a məxsus sərnişin təyyarəsində olan 2 ekipaj üzvü Aydan Rəhimli və Zülfüqar Əsadov da artıq Bakıdadırlar.

Gununsesi.info REAL TV-yə istinadən xəbər verir ki, onlar AZAL-a məxsus təyyarə ilə ölkəyə qayıdıblar.

Aydan Rəhimli açıqlama vermək istəməsə də, Zülfüqar Əsadov özünü yaxşı hiss etdiyini deyib.

Sözügedən görüntüləri təqdim edirik:

Xatırladaq ki, qəza zamanı 5 ekipaj üzvündən üçü – pilotlar İqor Kşnyakin və Aleksandr Kalyaninov, həmçinin stüardessa Hökümə Əliyeva həlak olub.

Gununsesi.info