Dekabr ayının bütün sosial ödənişləri yekunlaşdı

Dekabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.

Dövlət Sosial Müdafiə Fondundan Gununsesi.info-ya verilən məlumata görə, dekabrın 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, dekabrın 24-də bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin dekabr ayının pensiya ödənişləri həyata keçirilib.

Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımların ödənişi yekunlaşıb.

Gununsesi.info