Əcnəbi narkotacirdən narkotik alan şəxs saxlanılıb

  • By Günel
  • 26 Dekabr 2024 08:54

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində sosial şəbəkə vasitəsilə tanış olduğu İran vətəndaşından satış məqsədi ilə narkotik alan Tərlan Quliyev rayonun Atbulaq kəndi ərazisində saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Gununsesi.info -ya verilən məlumata görə, adıçəkilən şəxsin üzərinə keçirilən baxış zamanı ümumi çəkisi 2 kiloqrama yaxın olan marixuana, heroin və tiryək aşkarlanaraq götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Gununsesi.info