Bakıya gətirilmiş 7 nəfər harada müalicə olunacaq?

  • By Günel
  • 26 Dekabr 2024 20:33

Təyyarə qəzasında xəsarət alanlardan Bakıya gətirilmiş 7 nəfərin müalicəsi Yeni Klinikada aparılacaq.

Gununsesi.info Globalinfo.az -a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini İlqar Qasımov bildirib.

“Qazaxıstanın Aktau şəhərində baş vermiş təyyarə qəzasında xəsarət alanların Bakıya gətirilmiş 7 nəfəri Yeni Klinikaya yerləşdiriləcək. Bütün mütəxəssislər orada yaralıları müalicə edəcək”, – o deyib.

Gununsesi.info