Suriya təhlükəsizlik qüvvələri hökumət tərəfdarlarının qərargahını ələ keçirib

  • By Günel
  • 27 Dekabr 2024 09:04

Suriya keçid hökumətinin təhlükəsizlik qüvvələri Həma şəhəri və ətraflarında keçmiş hökumətin tərəfdarlarına qarşı əməliyyat keçirib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Al Watan” qəzeti məlumat yayıb.

Məlumata görə, təhlükəsizlik qüvvələri silahlı qrupların qərargahını və polis patrullarına hücum etmək məqsədilə istifadə edilən bir neçə mövqeni ələ keçirib.

Yerli hakimiyyət orqanlarının yaydığı bəyanatda keçmiş hökumət tərəfdarlarının şəhərdə sabitliyi pozmaq üçün vətəndaşları qorxutduğu, təxribat və cinayətlər törətdiyi bildirilib.

Gununsesi.info