
ABŞ-ın Havay adalarına enən United Airlines sərnişin təyyarəsinin təkər korpusunda meyit tapılıb. Qeyd olunub ki, cansız cəsədin şəxsiyyəti hələlik müəyyən edilməyib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Aviaşirkətdən verilən açıqlamada Çikaqo O’Hare Beynəlxalq Hava Limanından havaya qalxan və Havay adalarının şərqindəki Kahului hava limanına enən təyyarənin təkər quyusunda cəsədin aşkar edildiyi açıqlanıb.
Açıqlamada, “Təkər quyusuna yalnız kənardan daxil olmaq olar. Bu şəxsin təkər evinə necə və nə vaxt daxil olduğu hələ məlum deyil” deyilib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Orxan Saffari