
Cənub-Şərqi Afrika ölkəsi Mozambikdə bir həbsxanada baş verən iğtişaşda 1534 məhbus qaçıb, ən azı 33 nəfər həyatını itirib, həbsxana ətrafında baş verən qarşıdurmalarda 15 nəfər yaralanıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, polis rəisi Bernardino Rafael açıqlamasında bildirib ki, iğtişaşlara həbsxana qarşısında hökumət əleyhinə etirazlar səbəb olub.
Daha sonra 150 məhbusun əsir götürüldüyü bildirilib.
Daha iki həbsxanada qaçmağa cəhd edildiyini ifadə edən Rafel, “Mozambiklilər və təhlükəsizlik qüvvələri olaraq narahatıq. Önümüzdəki 48 saat ərzində cinayət nisbətinin artmasını gözləyirik” deyib.
Məhkumların mühafizəçiləri zərərsizləşdirdikləri, onların AK-47 tüfənglərini ələ keçirdikləri və həbsxanadan qaçmağı bacardıqları öyrənildi.
Qeyd edək ki, Oktyabrın 9-da Mozambikdə keçirilən prezident seçkilərində hakim Daniel Çapo qalib gəlib.
Çapo 65 faiz səslə birinci, rəqibi Mondleyn isə 24 faiz səs toplayıb.
Seçkilər keçiriləndən bəri Mondleynin tərəfdarları saxtakarlıq iddiası ilə seçkinin nəticələrinə etiraz edirlər.
Bazar ertəsi və çərşənbə axşamı baş verən zorakılıqlarda 21 nəfər həyatını itirdiyi halda, oktyabrın 21-dən bu yana ölənlərin sayı 151-ə yüksəlib.
Orxan Saffari