Qvineya-Bisau rəhbəri Prezident İlham Əliyevə başsağlığı verib

  • By Günel
  • 26 Dekabr 2024 20:49

Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo “Azərbaycan Hava Yolları” şirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyevə başsağlığı verib.

Gununsesi.info -nun xəbərinə görə, başsağlığı məktubunda deyilir:

Azərbaycan Respublikasının Prezidenti Zati-ailələri cənab İlham Əliyevə

Zati-ailələri.

“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin dekabrın 25-də çoxsaylı insanın faciəli şəkildə həlak olması ilə nəticələnən qəzaya uğraması xəbərini dərin kədər hissi ilə qarşıladım.

Bu matəm günündə Zati-ailənizə və Azərbaycan xalqına Qvineya-Bisau xalqının adından və öz adımdan dərin hüznlə başsağlığı verirəm.

Zati-ailələri, əziz Qardaşım, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Gununsesi.info