Zelenski ilə görüşməyə heç bir səbəb yoxdur - Fitso

  • By Günel
  • 25 Yanvar 2025 21:51

Vladimir Zelenski qaz tranzitini bərpa etmək istəmədiyi üçün onunla görüşməyə heç bir səbəb yoxdur.

Gununsesi.info xəbər verir ki, bu sözləri Slovakiyanın Baş naziri Robert Fitso deyib.

“Mən ondan yenidən qaz məsələsi ilə bağlı görüş istədim, amma deyəsən, Ukraynadan qaz axınını bərpa etmək istəmədiyindən, bu mövzuya qayıtmaq onun üçün çətindir. Sadəcə istəmir”, – Fitso bildirib.

Gununsesi.info