Ceyhun Yusifovun vəkillik fəaliyyəti bərpa edildi

Vəkil Ceyhun Yusifovun vəkillik fəaliyyəti bərpa olunub.

Gununsesi.info xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən qərar qəbul edilib.

Qərara əsasən, mayın 1-dən etibarən onun vəkillik fəaliyyəti bərpa olunacaq.

Qeyd edək ki, Ceyhun Yusifovun vəkillik fəaliyyəti Kollegiyanın Rəyasət Heyətinin qərarı ilə 1 il müddətinə dayandırılmışdı.

 

 

Gununsesi.info