Oğlu həbs edilən məşhur iş adamı: “Nə danışım, bilmirəm”

  • By admin
  • 16 Dekabr 2024 12:49

Xəbər verdiyimiz kimi, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi “AQA Şirkətlər Qrupu”nun təsisçisi, tanınmış iş adamı Aydın Dəmirçinin oğlu Qafar Dəmirçini həbs edib.

Məlumata görə, şirkətin vitse-prezidenti Q.Dəmirçi ağacları kəsərək təbiətə külli miqdarda ziyan vurmaqda ittiham edilir. İddiaya görə, iş adamı təbiətə 8 milyon manatlıq zərər vurub.

 

Gununsesi.info-nun əməkdaşı  iş adamı Aydın Dəmirçinin özü ilə əlaqə saxlayaraq, oğlunun həbsinə münasibət öyrənmək istəyib.

Əməkdaşımızla telefon söhbətində çox gərgin olduğunu vurğulayan Aydın Dəmirçi  yalnız bunları deyib:

“Açığı, nə deyəcəyimi  bilmirəm. Bizi hər kəs yaxşı tanıyır. İndi gərginlikdəyəm. Mən özüm sizinlə əlaqə saxlayacağam”.

 

Elmar

Gununsesi.info