Cənubi Koreyada parlament binasında yanğın olub

  • By Günel
  • 21 Dekabr 2024 20:02

Bu gün Cənubi Koreyanın paytaxtı Seulda parlament binasının salonlarından birində yanğın baş verib.

Gununsesi.info APA – ya  istinadən xəbər verir ki, hadisə nəticəsində təxminən 480 nəfər təxliyə edilib.

Onlardan altı nəfərə tüstüdən zəhərlənmə diaqnozu qoyulub. Lakin ciddi xəsarət alan olmayıb.

Hadisənin dəqiq səbəbini araşdırmaq üçün təhqiqat aparılır.

Gununsesi.info