Türkiyədə ağır yol qəzası: 10 nəfər yaralanıb

  • By Günel
  • 22 Dekabr 2024 16:44

Türkiyənin Kahramanmaraş şəhərində ağır yol qəzası olub.

Gununsesi.info “Report”- a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 10 nəfər yaralanıb.

Onlardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı araşdırma aparılır.

Gununsesi.info