10 minə arvad alan azərbaycanlı məhkəməlik oldu

  • By Günel
  • 21 Dekabr 2024 20:32

Rusiyanın Tula vilayətinin Kireyevski rayon sakini azərbaycanlı ilə qondarma ailə qurub.

Gununsesi.info lent.az-a istinadən xəbər verir ki, prokurorluq miqrasiya qanunvericiliyinin tələblərinə əməl olunmasını yoxlayıb.

Müəyyən edildiyi kimi, qadın 10 min rubl müqabilində Azərbaycan Respublikası vətəndaşı ilə nikahın rəsmiləşdirilməsinə razılıq verib. Bunun sayəsində o, Rusiya vətəndaşlığını ala bilib.

Prokurorluq nikahın etibarsız sayılması ilə bağlı iddia qaldırıb və bu iddia təmin edilib.

Məhkəmə qərarı azərbaycanlı barəsində kompleks tədbirlərin görülməsi üçün miqrasiya nəzarəti orqanlarına göndərilib.

Gununsesi.info