Almaniyada matəm elan edildi

  • By Günel
  • 21 Dekabr 2024 22:34

Almaniyanın daxili işlər naziri Nensi Fesser Maqdeburqda törədilən terror aktı qurbanlarına görə matəm elan edib.

Gununsesi.info xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda deyilir.

“Hakimiyyət orqanlarının bütün binalarında bayraqları endirilib”, – məlumatda bildirilib.

Qeyd edək ki, Maqdeburq şəhərində Milad yarmarkasına edilən hücum nəticəsində ölənlərin sayı 5-ə çatıb, 205 nəfər isə yaralanıb.

Gununsesi.info