Roma Papasının halı pisləşdi

  • By Günel
  • 21 Dekabr 2024 21:03

Roma Papası Fransisk ənənəvi bazar günü xütbəsi zamanı Apostol Sarayının Müqəddəs Pyotr meydanına baxan pəncərəsində görünməyəcək.

Gununsesi.info bildirir ki, Oxu.Az Müqəddəs Taxt-Tacın Mətbuat Xidmətinə istinadən xəbər verir ki, soyuqlama ilə əlaqədar dekabrın 22-si bazar günü Papa Fransisk Müqəddəs Marfanın Evindən möminlərə xeyir-dua verəcək.

Mərasimdən canlı yayımın təşkil olunub-olunmayacağı dəqiqləşdirilməyib.

Qeyd edək ki, dekabrın 17-də Fransiskin 88 yaşı tamam olub.

Gununsesi.info