Suriya silahlı qrupları bir strukturda birləşəcək

  • By Günel
  • 21 Dekabr 2024 23:03

Suriyanın müxtəlif silahlı qrupları ölkənin Müdafiə Nazirliyinin nəzarəti altında bir strukturda birləşdiriləcək.

Gununsesi.info “Al Watan” nəşrinə istinadən xəbər verir ki, Suriyanın yeni hökümətinin başçısı, Əbu Məhəmməd əl-Culani ləqəbi ilə tanınan Əhməd əl-Şaraa deyib.

“Suriya silahlı qrupları Müdafiə Nazirliyinin nəzarəti altında vahid strukturda birləşdiriləcək”, – məlumatda deyilir.

Gununsesi.info