
Sumqayıtda 31 yaşlı kişi tanımadığı şəxs tərəfindən bıçaqlanıb.
Gununsesi.info “Report”- a istinadən verir ki, hadisə şəhərin 30-cu məhəlləsində qeydə alınıb
1993-cü il təvəllüdlü Təbriz Məmmədov aralarında baş vermiş mübahisə zamanı naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.