“Sabah” “Şamaxı”ya uduzub

  • By Günel
  • 22 Dekabr 2024 16:37

“Sabah” Misli Premyer Liqasının XVIII turunda “Şamaxı”ya məğlub olub.

Gununsesi.info xəbər verir ki, oyun Şamaxı şəhər stadionunda keçirilib.

Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qalibiyyəti ilə bitib.

Bölgə təmsilçisinin heyətində 23-cü dəqiqədə Edqar Adilxanov, 55-ci dəqiqədə Belajdi Pusi, 62-ci dəqiqədə Leroy Mikels fərqləniblər. Paytaxt klubunda Pavol Safranko 38-ci dəqiqədə adını tabloya yazdırıb.

Bu nəticədən sonra xallarının sayını 17-yə çatdıran “Şamaxı” 7-ci pilləyə yüksəlib. 26 xalı olan “bayquşlar” 5-ci sıradadır.

Qeyd edək ki, günün ikinci görüşündə “Qarabağ” “Araz-Naxçıvan”la üz-üzə gələcək. XVIII turun əvvəlki matçlarında “Zirə” səfərdə “Səbail”i məğlub edib – 1:0. “Turan Tovuz” – “Neftçi” oyununda qalib müəyyənləşməyib – 1:1. “Kəpəz” – “Sumqayıt” qarşılaşmasında isə qapılara qol vurulmayıb.

Gununsesi.info