Bakıda “Mercedes” markalı minik avtomobili yanıb

  • By Günel
  • 22 Dekabr 2024 11:41

Bakı şəhərinin Xəzər rayonunda “Mercedes” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Gununsesi.info -ya verilən xəbərə görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info